Aztech and Tegeta Motors

Servis üzrə menecer (JCB ağır texnika üzrə)

Ə/h razılaşma ilə
8327
Tam iş günü
Bakı, Azərbaycan
11.04.25 - 11.05.25

İş haqqında məlumat

  • Vəzifə təlimatını, SƏTƏM və müəssisə daxili qaydaları bilməlidir;
  • Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
  • Servis tələblərinin tərtib edilməsi;
  • Daxili təlimlərdə iştirak etməli;
  • İş ilə bağlı ezamiyyətlərə getməli;
  • Bütün zəruri sənədlərin hazırlanması;
  • Şirkətə məxsus olan bütün texnika və avadanlığa görə cavabdehlik daşımaq;
  • Texnikanın iş saatına uyğun olaraq, onun servisi üzrə həftəlik/aylıq planın hazırlanması;
  • Servis işçilərini idarə etmək və yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasına nəzarət etmək;
  • Texniki heyəti təlimatlandırmaq;
  • Gündəlik texniki təhlükəsizlik təlimatlarını keçirmək və müvafiq blankda qeydlər aparmaq;
  • Aylıq hesabatların hazırlanması (işçinin iş saatı, texnikanın iş saatı və s.);
  • Hər ayın əvvəlində lazım olan ehtiyat hissələrinin siyahısını hazırlamaq;
  • Şirkətə məxsus texnikanın aylıq yoxlama planını hazırlamaq, texnikanın yoxlama nəticələri əsasında hesabat hazırlamaq;
  • Texnikanın gündəlik təmir nəticələri əsasında hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Görülən təmir işləri haqqında müştəriyə məlumat vermək;
  • Müştərinin tələblərini vaxtında yerinə yetirmək;
  • Müştərilərin şikayətlərini araşdırmaq, həlli yollarını tapmaq, bu barədə hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Bütün görüləcək işlər haqda rəhbərliyə məlumat vermək;
  • Texnikanın servisinə, təmirinə nəzarət etmək;
  • Servis xidmətinə aid bütün şirkətdaxili və şirkətxarici tapşırıqları işçilər arasında bölmək və yerinə yetirilməsinə nəzarət etmək;
  • Servis işçilərinin sayını və iş keyfiyyətini nizamlamaq;
  • Servis işçilərinin iş davamiyyətinə nəzarət etmək;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
  • 5 günlük iş qrafiki: saat 09:00-dən 18:00-dək;
  • Şənbə və bazar istirahət günləri;
  • Nahar fasiləsi: 13:00-dan - 14:00-dək;
  • İlk 3 ay sınaq müddəti;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Tələblər

  • Ali texniki təhsil;
  • İş təcrübəsi: Minimum 3-5 il;
  • Sahə üzrə biliklər;
  • Analoji peşə üzrə kurslar;
  • Bu sahə üzrə sertifikat;
  • Dil bilikləri: Azərbaycan, rus dilini səlis bilməlidir, ingilis dili arzuolunandır;
  • Kompyuter Bilikləri: Mc Office;
  • Rəhbər kimi fəaliyyət təcrübəsi;
  • Sağlam, fiziki dözümlü, məsuliyyətli olmalıdır;
  • Komandada işləmə bacarığı olmalıdır;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi;
  • Xüsusi texnikanın quruluşunu bilmək;
  • Təmirə qəbul edilməsi və təmirdən sonra təhvil verilməsi qaydalarını;
  • Daxili nizam qaydalarını bilmək, əməyin mühafizəsinin qayda və normalarını bilmək;
  • Kargüzarlıq və sənəd dövriyəsi işlərini;
  • Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.