Bakı,
Azərbaycan
26.09.2025 02:26
-
26.10.2025 12:00
İş haqqında məlumat
- İnşaat sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM/HSE) qaydalarının tətbiqini təmin etmək;
- Əmək mühafizəsi və texniki təhlükəsizliklə bağlı təlimatları hazırlamaq və işçilərin maarifləndirilməsini təşkil etmək;
- İnşaat meydançasında təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək;
- Risklərin qiymətləndirilməsini aparmaq, potensial təhlükələri vaxtında müəyyənləşdirib qabaqlayıcı tədbirlər görmək;
- Hadisə və qəzaların araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müvafiq yerli qanunvericiliyə və beynəlxalq standartlara (ISO 45001, ISO 14001 və s.) uyğunluğu təmin etmək;
- SƏTƏM üzrə sənədləşməni, reyestrləri və hesabatlılığı aparmaq.
Şərtlər:
- İş yeri: Sea Breeze yaşayış komplekslərinin inşaat ərazisi;
- Əmək haqqı: Müsahibə əsasında;
- İş rejimi: 6 günlük iş həftəsi;
- Gediş-gəliş üçün nəqliyyat təmin edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- Ali təhsil (mühəndislik, texniki və ya müvafiq sahələr üzrə);
- İnşaat layihələrində SƏTƏM sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi, əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı qanunvericilik üzrə biliklər;
- ISO 45001, ISO 14001 və digər beynəlxalq standartlarla işləmə təcrübəsi;
- Güclü müşahidə qabiliyyəti, operativ qərarvermə və hesabat hazırlama bacarıqları;
- Komandada işləmək və işçilərlə effektiv kommunikasiya qurmaq bacarığı.