"VƏLİEV" MMC

SƏTƏM Mühəndisi

"VƏLİEV" MMC
Ə/h razılaşma ilə
1972
Tam iş günü
Sumqayıt, Azərbaycan
16.07.2025 23:46 - 16.08.2025 12:00

İş haqqında məlumat

  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis əməyin mühafizəsi üzrə qabaqcıl təcrübələri istehsalatda tətbiq edir;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət edir;
  • İstehsalat qəzalarının baş vermə səbəblərini təhlil edir, qarşısını almaq üçün tədbirlər görür və onların həyata keçirilməsini təşkil edir;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edir;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda öz səmərələşdirici təkliflərini verir və tədbirlərin görülməsində iştirak edi;
  • Yeni işçilərə giriş təlimatı keçir və əməyin mühafizəsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında müəssisə rəhbərliyi ilə birlikdə iş aparır;
  • İşçilərə iş yerində ilkin və təkrar təlimatlar, növbədən kənar və məqsədli təlimatların aparılması və müvafiq jurnallarda qeyd olunmasını yerinə yetirir;
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmasını təşkil edir və müvafiq jurnallarda qeydiyyatların aparılması ilə protokollaşdırır;
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
  • İş yerlərində təlimatların vaxtında keçirilməsini təmin etmək;
  • İşçilərin əməyin mühafizəsi sahəsində təlimlərə cəlb edilməsi, biliklərinin yoxlanılması və attestasiyadan keçirilməsi sahəsində işləri təşkil etmək;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılması və uçotunun aparılmasını yerinə yetirmək;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir;
  • İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü).

Tələblər

  • İstehsalat şəraitini nəzərə alaraq bəy namizəd tələb olunur;
  • Ali təhsil;
  • Şəxsi nəqliyyat vasitəsinin olması;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
  • Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi olması üstünlükdür);
  • Komanda ilə işləmə bacarığı;
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı;
  • Nizam-intizamlı, məsuliyyətli olmalı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı.


Oxşar vakansiyalar