Green Tech

SƏTƏM mütəxəssis

Green Tech
1000 - 1200 ₼
4276
Tam iş günü
Bakı, Azərbaycan
18/02/2026 - 04/03/2026

İş haqqında məlumat

  • Müəssisədə əməyin mühafizəsi işini təşkil etmək və əlaqələndirmək;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün rəhbərliyə hesabatlar təqdim etmək;
  • İş yerində baş verə biləcək qəza analizini etmək, onların qarşısının alınması üçün təkliflər vermək;
  • Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və digər növ təlimatlandırmanın vaxtında və keyfiyyətli həyata keçməsini təmin etmək;
  • Əməyin mühafizəsi üzrə tətbiq edilən yerli qanunvericilik və digər normativ hüquqi aktların tələblərini işçilərin nəzərinə çatdırmaq.

İş barədə məlumat

  • İş qrafiki: 08:00-17:00 ( 6 günlük iş qrafiki, şənbə günləri iş saatı 08:00-dan 12:00-a dəkdir);
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı 1000-1200 (net) manat

Tələblər

  • Təhsil: Ali (Sahə üzrə)
  • İş təcrübəsi: 1 ilə kimi (istehsalat üzrə)
  • Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları və  yerli qanunvericilik tələbləri haqqında bilgi.
  • Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.