Grand Logistics Center

SƏTƏM üzrə baş mütəxəssis

Grand Logistics Center
Ə/h razılaşma ilə
0
Tam iş günü
Bakı, Azərbaycan
18.07.2024 17:43 - 17.08.2024 17:43

İş haqqında məlumat

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;
  • İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;
  • Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;
  • Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək;
  • İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək;
  • SƏTƏM üzrə baş mütəxəssis aşağıda qeyd olunanlara nəzarət etməlidir:
  • 1.sağlam və təhlükəsiz iş şəraiti təmin etmək üçün tədbirlərin həyata keçirilməsinə;
  • 2.əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
  • 3.aspirator və havalandırma sistemlərinin işləməsinə;
  • 4.qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, onların işçilər tərəfindən istismar qaydalarına;
  • 5.iş yerlərində daimi təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
  • 6.işçilərin əməyin mühafizəsi üzrə təlimlərin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
  • 7.əməliyyatlar zamanı baş vermiş qəza və bədbəxt hadisələrin hesabatının aparılmasına və araşdırılmasına;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək.

Tələblər

  • Təhsil: Ali təhsilinin olması;
  • Təcrübə: Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
  • Təşkilati bacarıqlar, təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.


Elanın müddəti bitmişdir