Azertexnolayn MMC

SƏTƏM üzrə kiçik məsləhətçi

Azertexnolayn
Ə/h razılaşma ilə
7954
Tam iş günü
Sumqayıt, Azərbaycan
15/01/2026 - 29/01/2026

İş haqqında məlumat

  • Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında giriş təlimatı keçir və xüsusi qeydlər aparır;
  • Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir;
  • Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir;
  • Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir,təlimat sənədlərinə nəzarət edir;
  • İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır;
  • Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir;
  • Görülən işlər haqqında hesabat verir.

İş şəraiti

  • Korporativ nömrə;
  • Nahar
  • Növbəli iş rejimi
  • İş yeri: Sumqayıt şəhəri

Tələblər

  • Təhsil: Ali (müvafiq sahə üzrə);
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyi üzrə biliklər;
  • Sahə əməliyyatlarının təhlükəsizlik aspektlərini anlama bacarığı;
  • Güclü ünsiyyət, analitik düşüncə və sənədləşmə qabiliyyəti;
  • Ofis proqramlarında işləməyi bacarmalı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.