Bakı,
Azərbaycan
18/03/2026
-
01/04/2026
İş haqqında məlumat
MINT SERVICES” MMC 2 aylıq beynəlxalq layihə üçün “SƏTƏM üzrə kiçik Mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əgər siz yeni universitet məzunusunuzsa, SƏTƏM sahəsində ilkin biliklərə maliksiniz və bu sahədə praktiki təcrübə əldə etmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
- İşə yeni qəbul olunan əməkdaşlar üçün giriş təlimatlarının keçirilməsində iştirak etmək;
- Sahədə gündəlik SƏTƏMM yoxlamalarında iştirak etmək və aşkar olunan nöqsanları qeydiyyata almaq;
- Təhlükəsizlik qaydalarına və fərdi mühafizə vasitələrindən düzgün istifadəyə nəzarətdə iştirak etmək;
- SƏTƏM üzrə jurnal, akt, hesabat və digər sənədləşmə işlərinə dəstək göstərmək;
- Yanğın təhlükəsizliyi vasitələrinin və təhlükəsizlik nişanlarının yoxlanılmasında iştirak etmək;
- SƏTƏM üzrə maarifləndirici təlim və tədbirlərin təşkilində köməklik göstərmək;
- Hadisə və insidentlərlə bağlı ilkin məlumatların toplanmasında iştirak etmək;
- Birbaşa rəhbərin verdiyi digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 700 AZN;
- Nahar şirkət tərəfindən verilir;
- İş yeri: Bakı şəhəri;
- Peşəkar inkişaf və SƏTƏM sahəsində praktiki biliklərin artırılması imkanı.
Tələblər
- Ali təhsil (texniki sahələr üzrə təhsil üstünlükdür);
- Universiteti yeni bitirmiş namizədlərə üstünlük verilir;
- SƏTƏM sahəsi üzrə ilkin nəzəri biliklər;
- SƏTƏM üzrə sertifikat, təlim və ya praktika təcrübəsi üstünlükdür;
- İstehsalat, tikinti və ya layihə mühitində keçilmiş təcrübə proqramı / praktika arzuolunandır;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, xarici dil biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel, PowerPoint);
- Yüksək məsuliyyətlilik, öyrənməyə həvəs, komandada işləmək və ünsiyyət bacarığı;
- Təqdimat hazırlamaq və maarifləndirici çıxış etmək bacarığı üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.