Qəbələ,
Azərbaycan
29.04.25
-
29.05.25
İş haqqında məlumat
- Müəssisədə SƏTƏM işinin təşkili və koordinasiyası;
- İşçilərin SƏTƏM qanunvericiliyi və normativ aktlara uyğun fəaliyyətinə nəzarət;
- Müəssisənin SƏTƏM fəaliyyəti üzrə təhlillər apararaq rəhbərliyə hesabatların təqdim edilməsi və inkişaf tədbirlərinin təklif olunması;
- Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəlik profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Sahə üzrə mütəmadi yoxlamaların aparılması, aşkar olunan nöqsanların sənədləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin hazırlanması və icrası;
- İşəgötürən və işçilərə SƏTƏM sahəsində məsləhətlərin verilməsi;
- Sağlam və təhlükəsiz əmək şəraitinin təmininə nəzarət;
- Risk qiymətləndirməsinin aparılması və tədbirlər planının hazırlanması;
- İş hadisələrinin araşdırılması və nəticələrin təhlili əsasında qarşısının alınması tədbirlərinin işlənib hazırlanması;
- SƏTƏM sahəsində statistik məlumatların toplanması və rəhbərliyə təqdim olunması;
- Peşələr üzrə SƏTƏM təlimatlarının hazırlanması və işçilərə müvafiq təlimlərin keçirilməsi;
- İşçilərin fərdi mühafizə vasitələrinin yoxlanılması və istifadəsinə nəzarət;
- Sanitar-gigiyena, texniki və yanğın təhlükəsizliyi normalarına əməl olunmasına nəzarət;
- HACCP prinsiplərinə uyğun qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi;
- Dövlət orqanları tərəfindən aparılan yoxlamalara hazırlıq və uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin icrası;
- Müəssisədə sanitar-gigiyena standartlarına riayət olunmasına nəzarət;
- Aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərin verdiyi tapşırıqların icrası;
- Digər bölgələrdən gələn namizədlər üçün qonaqlama imkanı;
- Servis xidməti (nəqliyyat təminatı);
- Korporativ mobil nömrə;
- İşçi yeməkxanasında gündəlik qidalanma təminatı;
- TABİA Group-a məxsus otel və SPA mərkəzlərində xüsusi endirim imkanları.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür;
- SƏTƏM və əməyin mühafizəsi sahəsində ən azı 5 il iş təcrübəsi;
- SƏTƏM sahəsində müvafiq sertifikatların olması;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- SƏTƏM üzrə əmək qanunvericiliyi və texniki təhlükəsizlik sahəsində biliklər;
- Təhlükəsiz iş metodları və risklərin qiymətləndirilməsi üzrə biliklər;
- Təlim və inkişaf sahəsində bacarıqlar;
- Yüksək məsuliyyət və təşkilati bacarıqlar;
- Problem həll etmə və komanda ilə əməkdaşlıq bacarıqları;
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
- Prinsipiallıq və etik davranışlara sadiqlik;
- Prosedur və qaydalara ciddi riayət etmək bacarığı;
- Operativ qərarvermə və icraetmə qabiliyyəti;
- Diqqətlilik və detallara xüsusi önəm vermək.