Providence Doytch Limited

SƏTƏM üzrə menecer

Providence Doytch Limited
Ə/h razılaşma ilə
741
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

  • SƏTƏM üzrə müəssisədaxili siyasətin hazırlanması, tətbiqi və inkişaf etdirilməsi.
  • SƏTƏM üzrə tələb olunan normativ sənədlərin hazırlanması və idarə edilməsi.
  • Əməyin mühafizəsi və ətraf mühit üzrə yerli qanunvericiliyin və beynəlxalq standartların (ISO 45001, ISO 14001 və s.) icrasına nəzarət
  • Risklərin qiymətləndirilməsi (Risk Assessment), təhlükələrə nəzarət tədbirlərinin müəyyənləşdirilməsi.
  • Fövqəladə hallar planının tərtibi və tətbiqi.
  • İş yerlərində gündəlik, həftəlik və aylıq SƏTƏM yoxlamalarının aparılmasına nəzarət
  • Daxili auditlərin təşkili və audit nəticələrinin analizi.
  • Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması.
  • İşçilərə ilkin, təkrar və məqsədli SƏTƏM təlimlərinin keçirilməsi
  • Yüksək riskli işlər (hündürlükdə iş, qazma, qaynaq, ərazi işləri və s.) üçün xüsusi təlimatların verilməsi.
  • SƏTƏM üzrə məlumatlandırma (TBT – Toolbox Talk) görüşlərinin təşkilinə nəzarət
  • Qəza, incident, near-miss və peşə xəstəliklərinin araşdırılması.
  • Hadisə hesabatlarının hazırlanması və kök səbəblərin analizi (Root Cause Analysis).
  • Qəza hallarının təkrarlanmaması  və ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün düzəltmə tədbirlərinin görülməsi.
  • Aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi.
  • Dövlət orqanları və yoxlayıcı qurumlarla əməkdaşlıq

Tələblər

  • Ali təhsil (Texniki və mühəndislik ixtisaslarına üstünlük verilir);
  • SƏTƏM idarəetməsi sahəsində ən azı 3 il təcrübə.
  • Komanda idarəetməsi və liderlik bacarığı
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
  • Yaxşı ünsiyyət qabiliyyəti
  • SƏTƏM üzrə müvafiq sertifikatların olması
  • İOSH / NEBOSH  kimi beynəlxalq sertifikatlar əlavə üstünlükdür.
  • Yaxşı səviyyədə ingilisi dili biliyi

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.