ALCO MMC

SƏTƏM üzrə Mühəndis

ALCO MMC
1500 ₼
3331
Tam iş günü
Bakı, Azərbaycan
05/01/2026 - 19/01/2026

İş haqqında məlumat

  • İşçilərin təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi üçün SƏTƏM sistemini tətbiq etmək və idarə etmək.
  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik planlarının hazırlanması.
  • SƏTƏM qaydalarına uyğun sənədlərin hazırlanması və yenilənməsi.
  • Təhlükəsizlik instruksiyaları və prosedurlarının işlənməsi.
  • Təlimlər, təlimatlandırmalar və maarifləndirici sessiyaların keçirilməsi.
  • Hadisə və qəza hallarının araşdırılması, analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsi.
  • Audit və yoxlamalar zamanı SƏTƏM tələblərinə uyğunluğun təmin olunması.
  • Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması proseslərinin nəzarəti.

Təklif edirik:

  • Rəqabətli əmək haqqı.
  • Sosial paket və sığorta.
  • Peşəkar inkişaf və təlim imkanları.
  • Komandada stabil iş mühiti

Əmək haqqı: 1500 AZN (vergi və digər sosial ödənişlər çıxılmaqla)


 

Tələblər

  • Ali təhsil (Əməyin təhlükəsizliyi, Mühəndislik, Ekologiya və ya əlaqəli sahə).
  • Sumqayıt və ona yaxın ərazidə yaşaması ( bu tələbə cavab verməyən namizədlər müraciət etməsin)
  • SƏTƏM üzrə iş təcrübəsi (minimum 2  il).
  • SƏTƏM üzrə rəsmi sertifikat
  • Təhlükəsizlik standartları və qanunvericiliyinə dair bilik və sertifikatlar.
  • ISO 45001 / ISO 14001 bilikləri 
  • Analitik düşüncə və problem həll etmə bacarığı.
  • Komanda ilə işləmə və yaxşı kommunikasiya bacarığı.
  • MS Office (Word, Excel, PowerPoint) proqramlarında sərbəstlik.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.