Medco Hospital

SƏTƏM üzrə mühəndis

Medco Hospital
Ə/h razılaşma ilə
1065
Tam iş günü
Bakı, Azərbaycan
19/01/2026 - 02/02/2026

İş haqqında məlumat

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
  • Personal üçün SƏTƏM təlimatları hazırlamaq, təlimlər və maarifləndirici tədbirləri həyata keçirtmək; 
  • İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
  • Təlimat jurnallarının imzalanmasına təmin və nəzarət etmək;
  • Tibbi tullantıların düzgün idarə olunmasına nəzarət etmək;
  • Fərdi mühafizə vasitələrinin seçilməsi və istifadəsinə nəzarət etmək;
  • Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Təklif edirik:

  • Peşəkar və mehriban kollektiv;
  • Karyera inkişafı imkanı;
  • İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Korporativ təlimlərdə iştirak;
  • Stabil rəqabətli əmək haqqı

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç. 45, (Fizuli Residence);
  • İş qrafiki: 5 gün (09:00 – 18:00)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.

Tələblər

  • Ali təhsil;
  • SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi (tibb sahəsində təcrübə üstünlükdür);
  • Beynəlxalq SƏTƏM sertifikatları (NEBOSH, IOSH və s.) üstünlükdür;
  • Azərbaycan Respublikasının əmək mühafizəsi və təhlükəsizlik qanunvericiliyini bilmək;
  • Risklərin qiymətləndirilməsi və sənədləşmə bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyət və ünsiyyət bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.