Bakı,
Azərbaycan
23/01/2026
-
06/02/2026
İş haqqında məlumat
- Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzarət etmək
- İnşaatda zədələnmə səbəblərinin araşdırılması və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək
- Tikinti-quraşdırma prosesləri zamanı SƏTƏM üzrə uyğunsuzluq və qüsurların aşkarlanması və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi
- Struktur bölmələrdə, inşaatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək
- Yeni işçilərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında kömək etmək
- Müxtəlif işlərin Risk Qiymətləndirilməsinin aparılması
- FMV və digər mühafizə vasitələrinin tələblərə uyğun şəkildə istifadəsinə nəzarət etmək
- İşçilərlə əməyin mühafizəsinə dair mütəmadi maarifləndirmə aparılması, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək
İş şərtləri:
- İş yeri: Tikinti sahələri
- Nahar fasiləsi: 13:00 - 14:00
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblər
- SƏTƏM prosedurları, təhlükəsizlik qaydaları və yerli qanunvericilik haqqında baza bilikləri
- Risk qiymətləndirməsi və təhlükələrin müəyyənləşdirilməsi bacarığı
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartlarla bağlı (İSO 45001,14001) zəruri biliklərə malik olmalıdır
- MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli
- Müvafiq sahə üzrə ali təhsil
- SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi
- Dəqiq, məsuliyyətli və operativ qərarvermə qabiliyyəti.
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
- Analitik düşünmə və məsuliyyətlilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.