Azeco Clean MMC

SƏTƏM üzrə Mühəndis

Azeco Clean MMC
Ə/h razılaşma ilə
5361
Tam iş günü
Bakı, Azərbaycan
27/01/2026 - 10/02/2026

İş haqqında məlumat

  • İşçilərin təhlükəsizliyini təmin etməsi üçün SƏTƏM qaydalarının işlənməsi, tətbiqi və icrasına nəzarət etməsi.
  • İş yerlərində risklərin qiymətləndirilməsini aparması və zəruri profilaktik tədbirləri təklif etməsi.
  • Qəza, insident və təhlükəli situasiyalar üzrə araşdırma aparması, hesabat hazırlaması və düzəldici tədbirlər təklif etməsi.
  • Yeni işçilərə və mövcud əməkdaşlara SƏTƏM təlimləri keçirməsi.
  • Şirkətin SƏTƏM sənədləşməsini (jurnallar, aktlar, protokollar) formalaşdırması və qeydiyyatını aparması.
  • Fövqəladə hallar üzrə təlim planlarını hazırlaması və icrasını təşkil etməsi.
  • Yanğın təhlükəsizliyi və ilk yardım qaydalarının icrasına nəzarət etməsi.
  • SƏTƏM üzrə aylıq və illik hesabatlar hazırlaması və rəhbərliyə təqdim etməsi.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: razılaşma əsasında

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (sertifikatların olması üstünlükdür)
  • SƏTƏM sahəsində minimum 3 - 5 il iş təcrübəsi
  • Təhlükəsizlik standartları və normativ tələblər üzrə bilik
  • Təlim keçmə bacarığı, analitik düşüncə
  • Kompüter bilikləri (MS Office proqramları)
  • Məsuliyyətlilik və operativlik 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.