Nur Collection

SƏTƏM üzrə mütəxəssis

Nur Collection
Ə/h razılaşma ilə
1191
Tam iş günü
Bakı, Azərbaycan
26.05.25 - 26.06.25

İş haqqında məlumat

  • Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarətin edilməsi;
  • İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
  • İstehsalat zədələri və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi;
  • Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər və ya materiallar üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirlərin tövsiyə edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarətin edilməsi;
  • SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında, həyata keçirilməsində və qorunmaslnda iştirak etmək;
  • Görülən işlərə dair qeydiyyatların aparılması, ətraflı hesabatlarən hazırlanması və yüksək rəhbərliyə təqdim edilməsi;
  • İş qrafiki 6 gün; (6-cı gün 09:00-14:00);
  • İş yeri: Masazır dairəsi;
  • Əmək haqqı müsahibə zamanı;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə ilə təmin edir.

Tələblər

  • Ali təhsil (İş Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühit Elmləri, Mühəndislik və ya əlaqəli sahədə bakalavr dərəcəsi);
  • Müvafiq sahədə 3 illik təcrübə;
  • ISO 45001 və ISO 14001 standartları, ISO 9001 arzuolunandır;
  • Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə biliklər;
  • SƏTƏM üzrə sertifikatlar (NEBOSH, IOSH);
  • SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi barəsində hesabatın tərtib edilməsi qaydaları haqqında biliklər.


Oxşar vakansiyalar