OVEN

SƏTƏM üzrə mütəxəssis

OVEN
Ə/h razılaşma ilə
1521
Tam iş günü
Bakı, Azərbaycan
08.07.2025 12:13 - 08.08.2025 12:00

İş haqqında məlumat

  • İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirləri hazırlamaq və həyata keçirmək;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərini araşdırmaq, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirləri həyata keçirmək;
  • Potensial təhlükə mənbəyi olan iş metodları, prosesləri və ya materialları üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirləri tövsiyə etmək;
  • Təhlükəsizlik üzrə təlimat vermək, təhlükəsizlik ləvazimatlarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
  • SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və işçiləri vaxtında məlumatlandırmaq;
  • Gördüyü işlərin həftəlik və aylıq hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • İş rejimi: Növbəli;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq;
  • Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.

Tələblər

  • Təhsil: Ali (Baynəlxalq Təhlükəsizlik Sertifikatı üstünlükdür)
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2-3 illik iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst (ingilis və rus dili biliyinin olması üstünlükdür)
  • FHN tərəfindən verilmiş SƏTƏM sahəsi üzrə şəhadətnamə;
  • SƏTƏM normativləri və beynəlxalq standartları;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə qabiliyyəti;
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmə.


Oxşar vakansiyalar