Bakı,
Azərbaycan
23/01/2026
-
06/02/2026
İş haqqında məlumat
- Müəssisədə əməyin mühafizəsi işini təşkil etmək və əlaqələndirmək;
- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün rəhbərliyə hesabatlar təqdim etmək;
- İş yerində baş verə biləcək qəza analizini etmək, onların qarşısının alınması üçün təkliflər vermək;
- Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
- İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və digər növ təlimatlandırmanın vaxtında və keyfiyyətli həyata keçməsini təmin etmək;
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yerli qanunvericilik və digər normativ hüquqi aktların tələblərini işçilərin nəzərinə çatdırmaq.
İş barədə məlumat:
- İş qrafiki: 08:00-17:00 ( 6 günlük iş qrafiki, şənbə günləri iş saatı 08:00-dan 12:00-a dəkdir);
- Iş yeri Şüvəlan qəsəbəsində yerləşir;
- Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
- Nahar şirkət tərəfindən təmin edilir..
- Əmək haqqı 800 (net) manat
Tələblər
- Təhsil: Ali (Mühəndislik)
- İş təcrübəsi: 1 ilə kimi (istehsalat üzrə)
- Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları və yerli qanunvericilik tələbləri haqqında bilgi.
- Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.