Modern Engineering Bureau of Azerbaijan

SƏTƏM üzrə mütəxəssis

Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
3540
Tam iş günü
Bakı, Azərbaycan
09/02/2026 - 23/02/2026

İş haqqında məlumat

  • İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyena tələblərinə riayət olunmasına nəzarətin təmin edilməsi
  • İstehsalatda baş verə biləcək zədələnmə və risklərin səbəblərinin dərin təhlili, qarşısının alınması üçün profilaktik və korrektiv tədbirlərin hazırlanması və icrasına nəzarət
  • İş yerlərində sanitar-texniki vəziyyətin qiymətləndirilməsi və yoxlanılmasında iştirak
  • Müvafiq nümayəndələrlə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, ventilyasiya sistemlərinin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması
  • Müəssisədaxili əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunmasına nəzarət
  • Yeni işə qəbul olunan əməkdaşlar üçün giriş və dövri SƏTƏM təlimlərinin keçirilməsi, işçilərə əməyin mühafizəsi üzrə metodiki dəstəyin göstərilməsi
  • SƏTƏM üzrə təlimatların, prosedurların və daxili normativ sənədlərin hazırlanması və yenilənməsində iştirak
  • İstehsalatda baş verən bədbəxt hadisələrin, qəza və təhlükəli halların araşdırılmasında iştirak, səbəblərin təhlili və nəticələr üzrə tədbirlərin hazırlanması
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrin vaxtında, keyfiyyətli və məsuliyyətlə icra edilməsi

İş şəraiti:

  • 5 günlük iş həftəsi ( 09:30 - 18:30);
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.

Tələblər

  • 30-50 yaş aralığında bəy namizəd.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya əlaqəli sahə üzrə  ali təhsil
  • SƏTƏM sahəsində minimum 5 il praktiki iş təcrübəsi
  • Neft-qaz sənayesi, tikinti işləri və nəqliyyat vasitələri ilə bağlı sahələrdə praktiki iş təcrübəsinin olması
  • Texniki sahə (avtomobil, mexanika, istehsalat və ya oxşar sahələr) üzrə praktiki biliklər
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını real sahə və istehsalat şəraitində tətbiq etmə bacarığı
  • Risklərin vaxtında müəyyən edilməsi və operativ qərarvermə qabiliyyəti
  • Yüksək məsuliyyət hissi, dəqiqlik və intizamlı iş üslubu
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı
  • Subordinasiya və etik davranış qaydalarına riayət etmək
  • Qanunvericilik və daxili normativ tələblərə şüurlu şəkildə əməl etmək
  • Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmaq

Qeyd: SƏTƏM sahəsində real iş təcrübəsi olmayan və sahə məsuliyyəti daşımağa hazır olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.