Sensemi DMCC

SƏTƏM üzrə mütəxəssis

Sensemi DMCC
Ə/h razılaşma ilə
1947
Tam iş günü
Sumqayıt, Azərbaycan
24/02/2026 - 10/03/2026

İş haqqında məlumat

  • İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
  • İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək;
  • Sahədə görülən işlərin xüsusiyyətlərini başa düşmək və müştəri,  əsas podratçının daxili tələblərini bilmək;
  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq;
  • Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülər götürmək;
  • İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
  • İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
  • SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
  • İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
  • SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
  • SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;
  • SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;
  • Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.
  • Yeni işə qəbul edilən əməkdaşlara və Mərkəz ərazisinə daxil olan qonaqlara Giriş təlimatının keçirilməsi;

Əmək şəraiti:

  • İş yeri – Sumqayıt, Texnologiyalar parki 
  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Təklif edirik:

  • Stabil iş mühiti
  • Böyük və strateji layihələrdə iş təcrübəsi
  • Peşəkar inkişaf imkanı
  • Nəqliyyat-qidalanma

Tələblər

  • Ali təhsil (mühəndislik, ekologiya, təhlükəsizlik və uyğun sahələr üzrə);
  • SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) proqramlarını yaxşı  səviyyədə bilməli; 
  • Müvafiq sahə üzrə yerli və ya beynəlxalq Sertifikatlarının olması üstünlükdür;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.