Daşkəsən Dəmir Filiz MMC

SƏTƏM üzrə mütəxəssis (Daşkəsən)

Daşkəsən Dəmir Filiz MMC
Ə/h razılaşma ilə
729
Tam iş günü
Daşkəsən, Azərbaycan
01/04/2026 - 15/04/2026

İş haqqında məlumat

  • İş sahəsində əməyin mühafizəsi, sağlamlığın qorunması və yanğından mühafizə sistemini yaratmaq və tətbiq etmək;
  • İstehsalat üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətini, səbəblərini araşdırılması, onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
  • İş proseslərinin əməyin mühafizəsi, ekoloji və yanğın təhlükəsizliyi, sanitar-epidemoloji, əhalinin və ərazinin fövqəladə hallardan mühafizə qaydalarına uyğun olaraq təşkil edilməsinə, həmçinin Cəmiyyətdaxili normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə  mütəmadi nəzarət etmək;
  • Maşın və mexanizmlərin, qurğuların, avadanlıqların təftiş edilməsi, sənədlərin, sertifikatların yoxlanması. Sahənin bütünlüklə yoxlanması və aşkar edilmiş uyğunsuzluqlar barədə yuxarı rəhbərliyə məlumat vermək;
  • Radioaktiv, tez alovlanan, partlayış təhlükəli, yanacaqlar və zəhərləyici maddələrlə işləyən iş sahələrinə ciddi nəzarət etmək;
  • İşə qəbul olunan yeni işçilərə giriş, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə təlimatının keçirilməsini təmin etmək. İş rəhbərlərinin ilkin, təkrar, növbədən kənar və məqsədli/birdəfəlik təlimatların keçirməsinə nəzarət etmək;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların və digər mühafizə vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edilməsi;
  • Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili maarifləndirici təlimlər keçmək;
  • Mexanizm və qurğularda mühafizə vasitələrinin yerində və saz olmasına, qurğu və aparatların işçilər tərəfindən qaydaların tələbinə uyğun istifadə edilməsinə nəzarət;  
  • Elektrik qurğuları və cihazlarının torpaqlanmasına, kabelləşmənin vəziyyətinin sazlığına nəzati yoxlamaq;
  • Baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət  etmək;
  • Cəmiyyətdə xidmət göstərən podratçı/subpodratçı təşkilatlar tərəfindən sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və yanğın təhlükəsizliyi sahələri üzrə işlərin təşkilinə və aparılmasına nəzarət etmək;

Digər məlumatlar:

  • İş yeri: Daşkəsən rayonu
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • İş vaxtı: 08:00 – 17:00
  • Servislə təmin olunma;
  • Nahar yeməyi ilə təmin olunma;

Tələblər

  • Ali təhsil(müvafiq sahə üzrə);
  • Mədən, tikinti, zavod, platforma və sahələrdə minimum 1 illik iş təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • SƏTƏM mütəxəssisi sertifikatı (FHN razılaşdırılmış)
  • FHN SİTGDMN agentliyinin elmi tədqiqat institutunun 30 saatlıq kurs sertifikatı
  • Əla səviyyədə Azərbaycan dili biliyi, yaxşı səviyyədə ingilis dili və rus dili biliyi;
  • Microsoft Office proqramları üzrə kompüter biliyi;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.