Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

SƏTƏM üzrə mütəxəssis (Full-Time)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
1718 ₼
2002
Tam iş günü
Bakı, Azərbaycan
15.08.2025 09:31 - 15.09.2025 12:00

İş haqqında məlumat

  • Əmək mühafizəsi və təhlükəsizlik siyasətinin hazırlanması və icrasına nəzarət etmək;
  • Heyət üçün təhlükəsizlik təlimatları hazırlamaq və təlimlər keçirmək;
  • Yanğın, zəlzələ və digər fövqəladə hallar üçün təxliyə planlarını işləmək və yeniləmək;
  • Elektrik, qaz, istilik sistemlərinin təhlükəsizlik vəziyyətinə dair nəzarət tədbirlərini təşkil etmək;
  • Sinif otaqları, laboratoriyalar, idman zalları və digər iş yerlərində təhlükəsizlik yoxlamaları aparmaq;
  • İş prosesində baş verən xəsarət və qəzaların qeydiyyatını aparmaq və araşdırmaq;
  • Əmək mühafizəsi ilə bağlı texniki vasitələrin (yanğınsöndürən, siqnalizasiya sistemi, ilk yardım ləvazimatı) işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • İşçi heyətin tibbi müayinədən keçməsinə nəzarət etmək;
  • Təhlükəsizliklə bağlı dövlət orqanlarının yoxlamalarına məktəb adından iştirak etmək;
  • Uşaq təhlükəsizliyi üçün valideynlərə maarifləndirici tədbirlər təşkil etmək.

Biz təklif edirik:

  • 1718 AZN gross əmək haqqı;
  • Məktəbin yeməkxanasında nahar imkanı;
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma;
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected][email protected] ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Tələblər

  • Ali texniki və ya mühəndislik təhsili (Əməyin mühafizəsi, ekologiya və s. sahələr üzrə üstünlükdür);
  • İngilis dili üzrə yaxşı səviyyədə bilik;
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • İlkin tibbi yardım, əmək mühafizəsi və yanğın təhlükəsizliyi üzrə sertifikatlar;
  • NEBOSH, IOSH və ya OSHA beynəlxalq sertifikatlarına sahib olanlara üstünlük veriləcək;
  • Əmək Məcəlləsi və aidiyyəti normativ-hüquqi aktlar üzrə biliklər;
  • Təhlükəsizlik qaydalarının hazırlanması və təqdim olunması bacarığı;
  • Analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.


Oxşar vakansiyalar