Bakı,
Azərbaycan
04/02/2026
-
18/02/2026
İş haqqında məlumat
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;
- Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi;
- Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
- İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
- Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili;
- İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi;
- İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi;
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi;
- Ətraf mühitin, tullantıların idarə edilməsi;
- İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;
- İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi;
Təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət, təhlükəli əməliyyatlara (hündürlük, elektrik,) icazə sənədlərinin (work permit) olmasının yoxlanılması; - Zəruri Təhlükəsizlik Nişanları ilə təmin etmək;
- Radio baza stansiyalarının Yanğın söndürən balonlarla təmin edilməsinə nəzarət etmək;
- 6 Aydan bir heyyətin FMV-ni və Alətlərini yoxlamaq, həmçinin şəbəkə əməliyyatlarında çalışan podrat və sub-podratçılarin gördükləri işlərin təhlükəsizlik tələblərinə uyğun görmələrinə nəzarət və işçilərinin FMV-ni yoxlamaq;
- Sahədə təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət,iş öncəsi təlimatların verilməsi;
- Rəhbərliyi həftəlik əsas fəaliyyət hesabatları, təqdimat qeydləri və menecerin tələb etdiyi digər hesabatlarla təmin etmək;
- İşlərin növləri üzrə təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi;
- Ekoloji aspektlərin ilkin və təkrar qiymətləndirilməsini aparmaq;
- Əməyin mühafizəsi və texniki təhlükəsizliklə əlaqədar təlim planlarını, davamlı təlim materiallarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Cəmiyyətdaxili prosedur, qayda, təlimat və digər aidiyyatı sənədləri, fəaliyyət istiqaməti çərçivəsində hazırlanan müvafiq kompleks planları, iş yerində baş vermiş qəzaların qarşısının alınması üçün hazırlanan tədbirlər planını “Azerconnect” MMC-nin Biznesin təminatı, risklərin idarə olunması və SƏTƏM şöbəsi ilə razılaşdırmaq.
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiya;
- Performans əsasında həvəsləndirici və bonuslar;
- Əlavə imtiyazlar;
- Performansa əsaslanan mədəniyyət;
- Müxtəlif təhsil və inkişaf imkanları;
- Karyera inkişaf imkanı;
- Hibrid iş imkanı;
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
- Innovativ məhsullar və rəqəmsallaşma;
- Beynəlxalq təcrübə;
- Yüksək bacarığa malik peşəkar komanda;
- Kross-funksional əməkdaşlıq;
- Təcrübə mübadiləsi.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Tələblər
- Ali texniki təhsil (müvafiq sahə üzrə üstünlük təşkil edir);
- SƏTƏM üzrə sertifikatlar;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Azərbaycan dili (səlis), Rus və İngilis (orta) dillərini bilmək;
- MS office proqramlarında yüksək işləmə bacarığı;
- İş öhdəliyindən dolayı 7/24 baş vermiş hadisələrə vaxtında yanaşma və operativ dəstək;
- SƏTƏM üzrə müvafiq sertifikatlar;
- SƏTƏM üzrə təlimatların işlənib hazırlanması;
- SƏTƏM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini bilmək;
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını bilməli;
- Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını;
- ISO 9001:2015, ISO14001-2018 ISO 45001-2018 standartının əsasların bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını bilmək;
- Əməyin təşkilinin əsaslarını bilmək.