Providence Doytch Limited

SƏTƏM üzrə Nümayəndə

Providence Doytch Limited
Ə/h razılaşma ilə
226
Tam iş günü
Bakı, Azərbaycan
09/12/2025 - 16/12/2025

İş haqqında məlumat

  • Sahədə SƏTƏM tələblərinə riayət olunmasına nəzarət etmək.
  • Şirkət və yerli qanunvericiliyin SƏTƏM üzrə tələblərini izləmək və tətbiq etmək.
  • Günlük, həftəlik və aylıq SƏTƏM yoxlamalarını həyata keçirmək.
  • İşə başlamazdan əvvəl risk qiymətləndirmələrində iştirak etmək.
  • Potensial təhlükələri müəyyənləşdirmək və dərhal SƏTƏM şöbəsinə bildirmək.
  • Təhlükələrin aradan qaldırılması üçün təkliflər vermək və tədbirlərin icrasını izləmək.
  • Sahədə avadanlıqların, texnikaların, PPE-nin düzgün istifadə olunmasını yoxlamaq.
  • Qəza, zədə və ya yaxın-keçmə (near miss) hadisələrini dərhal qeydə almaq.
  • Hadisənin ilkin araşdırılmasında iştirak etmək və hesabat hazırlamaq.
  • Düzəldici və qabaqlayıcı tədbirlərin icrasını izləmək
  • Gündəlik "toolbox talk" və ya qısa brifinqlərin keçirilməsində iştirak etmək.
  • Yeni işçilərə giriş (induction) təlimi ilə bağlı dəstək vermək.
  • Layihə üzrə təhlükəsizlik kampaniyalarında və tədbirlərində iştirak etmək.
  • Sahə üzrə gündəlik SƏTƏM raportlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • PPE paylanma jurnallarını, inspeksiya formalarını və digər SƏTƏM sənədlərini düzgün aparmaq.
  • Aylıq SƏTƏM göstəricilərinin toplanmasına dəstək göstərmək.

Tələblər

  • Minimum 1 il sahə təcrübəsi;
  • SƏTƏM prosedurları, təhlükəsizlik qaydaları və yerli qanunvericilik haqqında baza bilikləri.
  • Risk qiymətləndirməsi və təhlükələrin müəyyənləşdirilməsi bacarığı.
  •  Sahə işlərinin xüsusiyyətlərini anlama (xüsusilə hidrotexniki və meliorasiya obyektlərində).
  • Dəqiq, məsuliyyətli və operativ qərarvermə qabiliyyəti.
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
  • İş yeri: Bakı və Azərbaycanın rayonları 

CV-lərinizi "CV göndər📤" düyməsindən istifadə edərək  "SƏTƏM üzrə nümayəndə" başlığı ilə göndərməyiniz xahiş olunur.


Oxşar vakansiyalar