AzerGold CJSC

SƏTƏM üzrə təlimçi

AzerGold CJSC
Ə/h razılaşma ilə
295
Tam iş günü
Daşkəsən, Azərbaycan
05.11.2025 05:04 - 05.12.2025 12:00

İş haqqında məlumat

  • Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
  • Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada melumatlandırılmasını təmin etmək;
  • Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması;
  • İştirakçıların fəallığını artırmaq üçün motivasiyaedici ünsiyyət və qrup işləri təşkil etmək bacarığı;
  • Fərqli səviyyələrdə olan işçilərlə (işçi, mühəndis, menecer) effektiv ünsiyyət qurmaq və ehtiyaclarına uyğun məlumatı çatdırmaq;
  • İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili;
  • Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
  • Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi;
  • Struktur şöbə və bölmə rəhbərlərinin ve cavabdeh şəxslər tərəfindən aidiyyəti üzrə işçi heyətə keçirilmiş İş yerində təlimatların keçirilməsinə və qeydiyyatlarının aparılmasına aylıq nəzarət etmək;
  • Səlahiyyətləri çərçivəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramının hazırlanması və icrasını təmin etmək;
  • Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə teqdim etmək;
  • Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektliliyini səlahiyyətləri çərçivəsində yoxlamaq;
  • Struktur bölmələrdə zəruri olan təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
  • Səlahiyyətləri çərçivəsində işçilərin əməyin mühafizəsi, ətraf mühit, elektrik təhlükəsizliyi, yanğından mühafizə üzrə təlimi və biliklərinin yoxlanılması işini təşkil etmək;
  • SƏTƏM üzrə digər mütəxəssislərlə əməkdaşlıq etmək və ortaq məqsədlərə nail olmaq üçün komanda şəklində işləmək bacarığı olmalı;
  • İşçilərin təhlükəsizliyə dair şüurunu formalaşdırmaq və onları davamlı olaraq maarifləndirmək bacarığı;
  • Qanunvericilik aktları və normativ sənədlərlə işləmək bacarığı olmalı.

Tələblər

  • Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Müvafiq qanunvericilik aktlarını və normalarını bilməli;
  • Beynəlxalq ISO 45001,9001,14001 Standartlarının tələblərini bilməli;
  • Təlim metodologiyası bilikləri olmalı;
  • Təlimçilər üçün təlim sertifikatı olmalı;
  • Beynəlxalq təlim standartlarından məlumatlılıq və praktiki təcrübə olmalı;
  • Davranış Əsaslı Təhlükəsizlik İdarəetmə (BBSM) təlim proqramı ilə praktiki təcrübə olmalı;
  • Fərqli təlim metod bilikləri və praktiki təcrübəsi olmalı;
  • Auditoriya ilə işləmə bacarığı olmalı;
  • İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lokanik olmalı;
  • Heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarmalı;
  • Effektiv kommunikasiya, Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, 
  • Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik, Problem həlletmə bacarıqları.