Bakı,
Azərbaycan
21.10.2025 13:48
-
21.11.2025 12:00
İş haqqında məlumat
- İstehsalatda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Təhlükəsizlik üzrə daxili təlimlər keçmək və əməkdaşlara maarifləndirmə aparmaq;
- İstehsalat sahələrində potensial riskləri müəyyən edib, aradan qaldırılması üçün təkliflər vermək;
- Qəza və xəsarət hallarını araşdırmaq, aktlaşdırmaq və rəhbərliyə hesabat təqdim etmək;
- Fövqəladə hallara hazırlıq planlarının icrasına nəzarət etmək;
- Yanğın təhlükəsizliyi, fərdi mühafizə vasitələri və texniki təhlükəsizlik sənədlərinin işlənməsində iştirak etmək;
- Dövlət orqanları ilə (əmək müfəttişliyi və s.) əməkdaşlıq zamanı tələb olunan sənədləri təqdim etmək;
- İş mühitinin sanitar-gigiyenik normalara uyğunluğunu yoxlamaq.
İş şəraiti:
- İş yeri: Balaxanı Sənaye Kompleksi (OVEN FOOD BAKERY MMC);
- İş qrafiki: Həftənin 6 günü (bazar istirahət);
- İs saatı: 08:30-16:30;
- Əmək haqqı: 900 – 1000 AZN.
Tələblər
- Risk qiymətləndirmə və təhlükəsizlik planlaşdırma metodologiyaları;
- Fərdi mühafizə vasitələrinin tətbiqi qaydaları;
- Ali və ya orta texniki təhsil (əməyin mühafizəsi, mühəndislik, texniki ixtisaslar üstünlükdür).
Təcrübə:
- Minimum 1–3 il iş təcrübəsi (istehsal və ya sənaye sahəsində üstünlükdür).
Biliklər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və SƏTƏM normativ sənədləri barədə biliklər.
Bacarıqlar:
- Nəzarət, təlim keçmə və hesabat hazırlama bacarığı;
- Komanda ilə işləmək və məsuliyyətli qərarlar vermək bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı.