SƏTƏMM hesabat və məlumatların idarəedilməsi üzrə mütəxəssis
SOCAR Upstream MI LLC
Ə/h razılaşma ilə
932
Tam iş günü
Bakı,
Azərbaycan
16/04/2026
-
30/04/2026
İş haqqında məlumat
- SƏTƏMM göstəricilərinin (KPI) toplanması, konsolidasiyası və müntəzəm hesabatların hazırlanmasını təmin etmək
- Dövlət qurumlarına təqdim olunan SƏTƏMM sənədlərinin və rəsmi məlumatların hazırlanmasını və koordinasiyasını həyata keçirmək
- SƏTƏMM məlumatlarının düzgünlüyünü və keyfiyyətini yoxlamaq, məlumat bazalarının və hesabat sistemlərinin aktual saxlanmasını təmin etmək
- SƏTƏMM rəqəmsal platformaları və məlumat sistemləri ilə işləyərək məlumatların idarə olunmasına və hesabat proseslərinin təkmilləşdirilməsinə dəstək vermək
- Müxtəlif struktur bölmələrindən daxil olan SƏTƏMM məlumatlarını təhlil etmək və rəhbərlik üçün analitik məlumatlar hazırlamaq
- SƏTƏMM hesabatlılığı ilə bağlı daxili prosedurların və təlim materiallarının hazırlanmasına dəstək vermək
- SƏTƏMM üzrə hesabat sistemlərinin və proseslərinin təkmilləşdirilməsi istiqamətində hesabat alətlərini və dashboard-ları inkişaf etdirmək və optimallaşdırmaq
- SƏTƏMM üzrə müxtəlif sahələr arasında hesabat standartlarını uyğunlaşdırmaq və korporativ tələblərə cavab verməsini təmin etmək
- SƏTƏMM üzrə hesabat sistemlərinin və proseslərinin təkmilləşdirilməsi istiqamətində hesabat alətlərini və dashboard-ları inkişaf etdirmək və optimallaşdırmaq
- SƏTƏMM üzrə müxtəlif sahələr arasında hesabat standartlarını uyğunlaşdırmaq və korporativ tələblərə cavab verməsini təmin etmək
- SƏTƏMM üzrə baş verən hadisələrin və qəzadan yankeçmələrin sistemli şəkildə qeyd etmək və təhlil etmək
- SƏTƏMM məlumatlarının auditlərdə istifadəsi üçün hazırlığını təmin etmək və audit nəticələrinin izlənməsi və düzəldici tədbirlərin hesabatını təmin etmək
- Toplanan SƏTƏMM göstəricilərini təhlil etmək, performans qiymətləndirməsi aparmaq və rəhbərliyə strateji qərarvermə üçün analitik məlumatlar təqdim etmək
- Daxili prosedurların anlaşılan və tətbiq oluna bilən formaya salınmasına dəstək vermək
- SƏTƏMM üzrə risk və uyğunluq monitorinqini aparmaq və müvafiq tədbirlərin həyata keçirilməsini izləmək
Tələblər
- Mühəndislik, ətraf mühit, məlumatların idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil
- SƏTƏMM, əməliyyat hesabatlılığı və ya məlumatların idarə olunması sahəsində 3–5 il iş təcrübə
- Güclü analitik və tənqidi düşünmə bacarığı
- Hesabat vermək üçün kommunikasiya bacarıqları
- Çoxsaylı məlumat təhlili alətləri ilə işləmək bacarığı
- Rəqəmsal sistemlər və SƏTƏMM platformaları ilə işləmə bacarığı
- Təzyiq altında işləmək və eyni anda bir neçə prioriteti idarə etmək qabiliyyəti
- Analitik düşünmə və məlumatların sistemli şəkildə təqdim olunması bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.