Gəncə,
Azərbaycan
08.05.25
-
08.06.25
İş haqqında məlumat
- İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
- Struktur bölmələrin rəhbərləri tərəfindən işçilərə ilkin, təkrar, cari, plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
- Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- SƏTƏMM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Təhlükəsizlik üzrə təlimat vermək, təhlükəsizlik ləvazimatlarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
- Mütəmadi olaraq gördüyü işlərin hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Yanğından mühafizə sistemlərinin (hydrant,daxili yanğın su kranı,sprinkler, xəbərverici qurğular,ilkin odsöndürən balonlar və s.) daim saz vəziyyətdə olmasını yoxlamaq, zəruri tədbirlər görmək;
- İs yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün ;
- İş vaxtı: Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan iş rejimi;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
Tələblər
- Ali təhsil (Beynəlxalq Təhlükəsizlik Sertifikatlarının olması üstünlükdür)
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3-5 illik iş təcrübəsi;
- SƏTƏM normativləri və beynəlxalq standartlar;
- FHN tərəfindən verilmiş SƏTƏMM sahəsi üzrə şəhadətnamə;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst (ingilis və rus dilini biliyi olması üstünlükdür);
- Analitik düşünmə və təhlil etmə bacarığı;
- Stressə davamlı, məsuliyyətli və intizamlı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə qabiliyyəti bacarıqları.