Bakı,
Azərbaycan
03/12/2025
-
10/12/2025
İş haqqında məlumat
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
- İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
- İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi.
İş yeri, qrafik və digər şərtlər:
- İş vaxtı 09:00 – 18:00;
- İş günü 5/2;
- İş yeri: “Badamdar Estates and Residences” (keçmiş Pullman\Kempinski Hotel);
- Şirkət tərəfindən korporativ nömrə verilir.
Tələblər
- Ali təhsil (texniki sahə üzrə);
- SƏTƏM üzrə yerli və ya beynəlxalq sertifikatın olması;
- SƏTƏM sahəsində minimum 3 il;
- Rus dili arzuolunandır;
- Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
Müraciət üçün e-mail: "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.Müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyə olunur.