Bakı,
Azərbaycan
19/06/2026
-
03/07/2026
İş haqqında məlumat
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması sahəsində qanunvericiliyin, normativ tələblərin və daxili prosedurların icrasına nəzarət etmək;
- İş sahələrində təhlükəsizlik qaydalarının tətbiqini təmin etmək və təhlükəsiz iş mühitinin formalaşdırılmasına dəstək vermək;
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və onların aradan qaldırılması və ya minimuma endirilməsi üzrə tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- İşçilər üçün ilkin, təkrar və məqsədli təhlükəsizlik təlimatlandırmalarının keçirilməsində iştirak etmək;
- İstehsalat qəzalarının, insidentlərin, təhlükəli hadisələrin və uyğunsuzluqların araşdırılmasını həyata keçirmək, səbəblərini müəyyənləşdirmək və düzəldici tədbirlər təklif etmək;
- SƏTƏMM üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və aidiyyəti şəxslərə təqdim etmək;
- Fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və istifadəsinə nəzarət etmək;
- İş sahələrində müntəzəm audit və yoxlamalar aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını izləmək;
- Podratçı və subpodratçı təşkilatların SƏTƏMM tələblərinə riayət etməsinə nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq SƏTƏMM rəhbərliyinə və Sifarişçiyə hesabatlar hazırlamaq və təqdim etmək;
- Şirkətin SƏTƏMM məqsəd və hədəflərinin həyata keçirilməsinə dəstək göstərmək.
İş şəraiti
- İş qrafiki: Həftədə 6 iş günü (08:00 – 17:00);
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Tələblər
- Ali təhsil;
- Neft, qaz və kimya sahələrində minimum 3 il iş təcrübəsi;
- Yaş həddi: 22–45;
- Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə yaxşı səviyyədə bilik;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Risk qiymətləndirilməsi, insident araşdırılması və hesabatların hazırlanması üzrə bilik və bacarıqlar;
- ISO 45001, ISO 14001, NEBOSH, IOSH və ya digər SƏTƏMM sahəsinə aid sertifikatların olması üstünlük hesab olunur;
- Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komanda ilə işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun