Bakı,
Azərbaycan
08/09/2026
-
22/09/2026
İş haqqında məlumat
İş şəraiti
- İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: 1600-1800 Azn
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
Vəzifə öhdəlikləri:
- Layihə üzrə işə cəlb edilən müəssisə və podratçı təşkilatların işçi heyətinə müvafiq təlim və təlimatların keçirilməsi;
- Təqdimatlar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması;
- Layihədə tətbiq olunan SƏTƏMM prosedurları, qaydaları və təlimatları barədə işçiləri məlumatlandırmaq.
- Aylıq və rüblük təlim planlarının hazırlanması, təlim cədvəllərinin excel formatda tərtibi və icrasının effektiv şəkildə təşkili;
- Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
- Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏMM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə təlim proqramının hazırlanması və icrasını təmin etmək;
- Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
- Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
- Qanunvericilik nəzdində olan biliklərin yoxlanma prosedurunun həyata keçirilməsi, sənədləşdirilməsi və izlənməsini həyata keçirmək;
- Təlimlərin keçirilməsi və nəticələri ilə bağlı jurnalları, aktları, protokolları hazırlamaq;
- Qəza, hadisə və sovuşan xəta hallarından sonra öyrənilmiş dərslərə əsasən əlavə maarifləndirici təlimlərin keçirilməsini təmin etmək;
- Əməkdaşların əməyin təhlükəsizlik qaydalarına dair biliklərinin mütəmadi artırılmasına dəstək göstərmək;
- Layihə üzrə dövrü olaraq keçirilməli olan ilkin yardım, fövqəladə hallar üzrə təlim və tətbiqatların keçirilməsinə təşkil etmək;
- Layihə üzrə SƏTƏMM Şöbəsi tərəfindən tərtib edilən excel formatlı reyestrlərin izlənməsi və yenilənməsi;
- Layihədə intensiv əməliyyatlar zamanı lazım gəldikdə Şöbə Rəhbərinin göstərişinə əsasən sahə nəzarətini həyata keçirmək;
Tələblər
- Tikinti istiqaməti üzrə müvafiq vəzifədə minimum 3 il staj tələb olunur
- Müvafiq ali texniki təhsil
- Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartlar haqqında biliklər
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
- Təlim metodologiyası bilikləri olmalı;
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.