Naxçıvan,
Azərbaycan
04/03/2026
-
18/03/2026
İş haqqında məlumat
- İşçilərin əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirilməsi
- İş yerlərində təhlükəli hallar, insidentlər və qəza risklərinin qiymətləndirilməsi
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət
- Müəssisədə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühit üzrə nəzarətin təşkili və icrası;
- Risklərin qiymətləndirilməsini aparmaq, təhlükəli işlərin qarşısının alınması üçün tədbirlər planı hazırlamaq;
- İş yerlərində planlı və qəfil SƏTƏM yoxlamalarını həyata keçirmək;
- Qəza, bədbəxt hadisə və insidentlərin araşdırılmasında iştirak etmək, aktların hazırlanmasını təmin etmək;
- İşçilər üçün ilkin, təkrar və dövri SƏTƏM təlimatlandırmalarını təşkil etmək və nəzarətdə saxlamaq;
- Yanğın təhlükəsizliyi tədbirlərinə, təxliyyə planlarının icrasına nəzarət etmək;
- Tullantıların idarə olunması, kimyəvi maddələrin təhlükəsiz dövriyyəsinə nəzarət etmək;
- SƏTƏM üzrə təlimatlar, prosedurlar və daxili normativ sənədləri hazırlamaq;
- Dövlət nəzarət orqanları (FHN, Əmək Müfəttişliyi və s.) ilə işlər zamanı müəssisəni təmsil etmək;
- Aylıq və illik SƏTƏM hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- SƏTƏM üzrə texniklərin və sahə üzrə məsul şəxsləsrin fəaliyyətinə nəzarət etmək.
İş şəraiti:
- İş vaxtı: Növbəli;
- İş yeri: Naxçıvan şəhəri
- Təcrübəyə və bilik səviyyəsinə uyğun rəqabətədavamlı əmək haqq
Tələblər
- Ali texniki təhsil (Əməyin mühafizəsi, mühəndislik, ekologiya və ya oxşar sahələr üzrə);
- SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyini bilməli;
- Azərbaycan Respublikasının Əməyin Mühafizəsi və Əməyin Təhlükəsizliyi ilə bağlı normativ tələbləri bilməli;
- Güclü kommunikasiya və təlim keçmə bacarığı;
- Komandada işləmək və operativ qərar vermək bacarığı;
- Beynəlxalq SƏTƏM sertifikatları FHN şəhadətnaməsi;
- ISO 45001, ISO 14001 bilikləri üstünlükdür;
- Kompüter bilikləri (MS Word, Excel, PowerPoint);
- Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Azərbaycan dili – səlis, (rus və ya ingilis dili üstünlükdür);
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.