Bakı,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
- İstehsalat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizliyi qaydalarına nəzarət etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq;
- Müəssisədə sanitar texniki vəziyyətin yoxlanılmasına nəzarət etmək;
- Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün kompleks planların hazırlanmasını təşkil etmək;
- İşə qəbul edilənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərinin həll edilməsində köməklik göstərmək;
- İstehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
- Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimatın keçilməsini təmin etmək;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini təmin etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- SƏTƏMM üzrə təlimatların hazırlanmasında iştirak etmək;
- İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və önləyici tədbirləərin görülməsini təmin etmək;
- Yüksək gərginlikli elektrik xətlərində görülən işlərin elektrik təhlükəsizlik qaydalarına uyğun formada aparılmasına nəzarət
Əmək haqqı: 700 AZN
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu ,Əmircan qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
Tələblər
- Ali təhsili;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Elektrik təhlükəsizliyi sertifikatı arzuolunandır.
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Kargüzarlıq qaydaları haqqında biliklər;
- Ünsiyyət qurma bacarığı;
- MS Office proqramında sərbəst işləyə bilmək bacarığı (Excel - yüksək səviyyədə);
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.s