Fortis Group

Sex rəisinin müavini

Ə/h razılaşma ilə
489
Tam iş günü
Bakı, Azərbaycan
07.04.25 - 07.05.25

İş haqqında məlumat

  • Hazır məhsul istehsalatı sahəsinin fəaliyyətinə rəhbərlik etmək, istehsal sahəsinin vaxtında istismara hazırlanması, xammalın qəbulu, saxlanması, buraxılışı və digər məsələlərlə bağlı işlərin icra olunmasını təmin etmək;
  • İstehsal olunan məhsulun vaxtında və yüksək keyfiyyətlə qablaşdırılmasına və anbarlara təhvil verilməsinə nəzarət etmək;
  • Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılmasını, texniki qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasını təmin etmək;
  • Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
  • Fəhlələrin və operatorların fəaliyyətini əlaqələndirmək, sahənin işçilərinə rəhbərlik etmək;
  • İstehsalat məhsullarının çeşidlərinin genişləndirilməsi və yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
  • Yeni resepturaların hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək;
  • İstehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə nəzarət etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
  • Nahar ilə təmin edilir;
  • Korporativ nömrə ilə təmin edilir;
  • İş yerinə servislə çatdırılır.

Tələblər

  • Yaş həddi 25-55; 
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 2 il);
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı.