Bakı,
Azərbaycan
07/04/2026
-
07/05/2026
İş haqqında məlumat
Şirkətimiz ofis işlərinin təşkilində dəstək olacaq, sənəd dövriyyəsini yaxşı bilən məsuliyyətli və etibarlı şəxsi köməkçi axtarır.
Vəzifə öhdəlikləri:
- Rəsmi sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
- Daxil olan və çıxan sənədlərin (məktub, e-mail və s.) idarə olunması;
- Rəhbərliyin gündəlik tapşırıqlarının vaxtında və dəqiq icrası;
- Görüşlərin, iclasların təşkili və koordinasiyası;
- Rəhbərin iş qrafikinin planlaşdırılması və nəzarətdə saxlanılması;
- Telefon zənglərinin cavablandırılması və lazımi istiqamətləndirilməsi;
- Ofis daxili və xarici yazışmaların aparılması;
- Lazımi hesabatların hazırlanması və təqdim edilməsi;
- Ofisin ümumi inzibati işlərinin təşkilində aktiv iştirak.
Əlavə məlumat:
- Mobil nömrə ilə təminat;
- Nahar yeməyi;
- Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi;
- Əmək haqqı: 600 - 800 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün).
Tələblər
- Xanim namizədlər;
- Ali və ya orta ixtisas təhsili
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı
- Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti, rus dili üstünlükdür
- Rəsmi yazışma qaydalarını bilmək
- Yüksək təşkilatçılıq və planlama bacarığı
- Məsuliyyətli, dəqiq, operativ və işə ciddi yanaşma
- Məxfi məlumatlarla işləmə bacarığı və etik davranış
- Komanda ilə işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı
Müraciət üçün:
- Mail: [email protected]
- Əlaqə nömrəsi: 051-207-27-31