Army Group

Şəxsi sürücü

Army Group
1000 - 1200 ₼
1793
Tam iş günü
Bakı, Azərbaycan
24/02/2026 - 24/03/2026

İş haqqında məlumat

Ailənin və rəhbərin (sahibkarın) gündəlik nəqliyyat ehtiyaclarını yüksək səviyyədə qarşılayacaq məsuliyyətli və təcrübəli şəxsi sürücü axtarılır. Namizəd etibarlı, intizamlı və uzunmüddətli əməkdaşlığa hazır olmalıdır.

  • Rəhbərin və ailə üzvlərinin əvvəlcədən müəyyən edilmiş marşrut üzrə təhlükəsiz, rahat və vaxtında      çatdırılmasını təmin etmək;
  • Günlük iş planına uyğun hərəkət etmək və vaxt idarəetməsini düzgün qurmaq;
  • Zərurət yarandıqda qeyri-iş saatlarında və istirahət günlərində xidmət göstərmək;
  • Şirkətə məxsus nəqliyyat vasitəsinin daim təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Avtomobilin texniki baxışı, cari təmiri, sığortası və digər sənədləri ilə bağlı prosesləri nəzarətdə saxlamaq;
  • Yanacaq sərfiyyatına və avtomobilin ümumi vəziyyətinə diqqət etmək;
  • Yol hərəkəti qaydalarına ciddi riayət etmək və təhlükəsizlik standartlarını daim qorumaq;
  • İşgüzar və ailə etiket qaydalarına uyğun davranmaq;
  • Verilən digər inzibati və gündəlik tapşırıqları məsuliyyətlə və vaxtında yerinə yetirmək.

Əlavə məlumat:

  • Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi;
  • Əmək haqqı: 1000 - 1200 AZN;
  • İş qrafiki: Həftədə 6 iş günü.

Tələblər

  • Yaş həddi: 40 – 50 ;
  • Minimum 3 il ümumi sürücülük təcrübəsi;
  • Şəxsi və ya ailə sürücüsü kimi ən azı 1 il iş təcrübəsi üstünlük hesab olunur;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və təmiz sürücülük tarixi;
  • Yol hərəkəti qaydalarını mükəmməl bilmək və təhlükəsiz sürücülük bacarığı;
  • Bakı şəhərinin küçə və ünvanlarını əla səviyyədə bilmək;
  • Yüksək məsuliyyət hissi, intizam, punktuallıq və dürüstlük;
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
  • Səliqəli xarici görünüş və nəzakətli ünsiyyət bacarığı;
  • Məhkumluğun olmaması;
  • Nəqliyyat vasitəsi ailə/şirkət tərəfindən təmin edilir.

Müraciət üçün: