Bakı,
Azərbaycan
27/03/2026
-
10/04/2026
İş haqqında məlumat
- Rəhbərliyin və ailə üzvlərinin təyin olunmuş ünvanlara təhlükəsiz və rahat çatdırılmasını təmin etmək;
- Məişət tapşırıqları: Evin gündəlik bazarlıq ehtiyaclarını qarşılamaq (ərzaq, təsərrüfat malları və s. alış-verişini idarə etmək);
- Avtomobilin texniki vəziyyətinə, təmizliyinə və sənədlərinin qaydasında olmasına mütəmadi nəzarət etmək;
- Verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
İş Şəraiti:
- İş qrafiki: Razılaşma yolu ilə;
- Əmək haqqı: Namizədin bacarıq və təcrübəsinə uyğun olaraq təyin ediləcək;
- Müasir iş mühiti və peşəkar yanaşma.
Tələblər
- Yaş həddi: 25 – 35 yaş;
- Sürücülük təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il təcrübə (B kateqoriyası);
- Şəhər bilgisi: Bakı şəhərinin bütün istiqamətlərini, alternativ yolları və ünvanları mükəmməl səviyyədə bilmək;
- Qanunvericilik biliyi: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununu və yol hərəkəti təhlükəsizliyi qaydalarını mükəmməl səviyyədə bilmək;
- Şəxsi keyfiyyətlər: Müasir dünyagörüşü, etik davranış qaydalarına riayət etmək, punktuallıq və operativlik;
- Məlumatlılıq: Gündəlik proseslərdən, texnoloji tətbiqlərdən (naviqasiya və s.) və şəhər infrastrukturundan geniş məlumatlı olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.