Bakı,
Azərbaycan
10.06.2025 09:57
-
10.07.2025 12:00
İş haqqında məlumat
- Şirkət rəhbəri və ailəsinin şəxsi və işgüzar səfərlərinin həyata keçirilməsi;
- Ev və ofis təsərrüfat işlərində dəstək göstərilməsi;
- Etibarnamə əsasında bəzi sənədləşmə və rəsmi prosedurların icrası (banka, dövlət qurumlarına sənəd çatdırılması və s.);
- Avtomobilin ilkin texniki vəziyyətinin nəzarətdə saxlanılması və texniki xidmətə yönləndirilməsi;
- Avtomobilin gündəlik təmiz və saz vəziyyətdə saxlanılması;
- Həftədə 6 iş günü;
- Həftədə 1 istirahət günü (rəhbərliklə razılaşdırılmaqla);
- Gündəlik 8-10 saatlıq iş qrafiki (lazım olduqda esneklik tələb oluna bilər).
Tələblər
- Minimum 5 il sürücü vəzifəsində iş təcrübəsi;
- B və C kateqoriyalı sürücülük vəsiqəsi;
- Rus dili biliyi – mütləqdir;
- İngilis dili biliyi – arzu olunandır;
- Yaş həddi 35-50;
- Kompüter bilikləri: əsas ofis proqramlarında işləmə bacarığı (Word, Excel, e-mail və s.);
- İlkin texniki servis və nəzarət bacarığı (yağ dəyişimi, təkər, akkumulyator və s. üzrə ümumi biliklər);
- İlkin tibbi yardım üzrə baza biliklər;
- İşə qəbul zamanı sağlamlıq müayinəsindən keçmək;
Geyim və davranış standartları:
- Klassik və səliqəli geyim tərzi;
- Gündəlik təmiz, baxımlı və gigiyenik görünüş (saç, saqqal, şəxsi təmizlik);
- Nəqliyyat vasitəsinin daim təmiz, saz və tam təchizatlı olması tələb olunur.