Columba

Səyyar satış üzrə mütəxəssis

Columba
600 ₼
438
Tam iş günü
Bakı, Azərbaycan
31/03/2026 - 14/04/2026

İş haqqında məlumat

  • Potensial müştərilərin axtarılıb tapılması
  • Pərakəndə və topdansatıcılarla əlaqələrin qurulması
  • Xidmətlərin təqdim edilməsi və əməkdaşlıq şərtləri ilə qarşı tərəfin məlumatlandırılması
  • Görüşlərin təyin edilməsi, cədvəllərin idarə olunması və satış hesabatlarının hazırlanmasında administrativ dəstək göstərmək.
  • Satış,satış üçün müqavilələrin hazırlanması, satış sifarişlərini ,kommersiya təkliflərini və fakturaları dəqiq şəkildə emal etmək
  • Müştərilərdən ödənişlərin qəbul edilməsi və borc öhdəliklərinə nəzarət edilməsi;
  • Yeni satış imkanlarının müəyyən edilməsi və dövriyyənin artırılması
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması
  • Satış həcmi və nəticələr üzrə mütəmadi hesabatların təqdim edilməsi

İş şərtləri:

  • İş qrafiki: 10:00 – 19:00
  • İş günləri: 6 iş günü (1 gün istirahət);
  • Əməkhaqqı: 600 azn + potensial satışdan 7.5% bonus.
  • Rahat və xoş iş mühiti, inkişaf imkanı.

Tələblər

  • Logistika sahəsi sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
  • Ünsiyyət bacarığı yüksək, məsuliyyətli və diqqətli olmalı;
  • Kompüter bilikləri (MS Office, sosial media) arzuolunandı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.