Bakı,
Azərbaycan
02.10.2025 04:15
-
02.11.2025 12:00
İş haqqında məlumat
- Bütün mağazaların stok vəziyyətini mütəmadi olaraq izləmək və hesabatını vermək;
- Mağazalar üçün yaradılan sifariş tələblərini dəyərləndirib tədarükçülərə sifariş vermək;
- Mağazalararası stok transferlərini təşkil etmək;
- Yeni məhsul girişləri və kampaniya dövrlərində düzgün stok planlamasını təmin etmək;
- Xüsusi dövrlər və kampaniyalar üçün stok planlaması aparmaq;
- Satınalma, logistika və mağaza komandaları ilə koordinasiyalı işləyərək məhsulların vaxtında və düzgün şəkildə mağazalara çatdırılmasını təmin etmək;
- Stok hərəkətlərini analiz edərək kritik məhsullar üçün tədbir görmək;
- Mütəmadi hesabatlarla rəhbərliyi məlumatlandırmaq və prosesin inkişafı üçün təkliflər vermək.
İş qrafiki
- Həftə içi 5 gün, 9:00 -18:00 / nahar fasiləsi 13:00 - 14:00;
- Əməyin ödənilməsi;
- Müsahibə əsasında təyin olunacaq.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Arzum Beauty House-un peşəkar komandasının bir üzvü olmaq imkanı.
Tələblər
- Sifariş və stok idarə edilməsi sahəsində ən azı 1 il təcrübə;
- Vahid komandada işləmək qabiliyyəti;
- Azərbaycan, Rus, İngilis dillərini bilmək üstünlükdür;
- Ofis proqramlarında sərbəst iş bacarığı;
- Tədarükçülərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.