Fortis Construction

Sima Aparıcı

Fortis Construction
Ə/h razılaşma ilə
1209
Tam iş günü
Bakı, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

Tikinti Şirkətinə Sima Aparıcı axtarılır!

Şirkətimizin media və reklam fəaliyyətlərində brendi peşəkar şəkildə təmsil edəcək, kamera qarşısında özünü rahat ifadə edən sima aparıcı axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin təqdimatı və video çəkilişlərdə iştirak 
  • Sosial media (Instagram, Facebook  və s.) üçün kontentlərin aparıcılığı 
  • Layihələr üzrə reportaj və təqdimat videolarının hazırlanması 
  • Açılış mərasimləri və tədbirlərdə şirkəti təmsil etmək 
  • Şirkətin imicinə uyğun çıxış və kommunikasiya qurmaq 

Əmək haqqı: Razılaşma yolu ilə


 

Tələblər

  • Kamera qarşısında sərbəst və özünəinamlı çıxış bacarığı 
  • Səlis nitq və düzgün diksiya 
  • Xarici görünüşə və ünsiyyət tərzinə diqqət 
  • Azərbaycan dilini mükəmməl bilmək (rus dili üstünlükdür) 
  • Media və ya aparıcılıq sahəsində təcrübə arzuolunandır 
  • Kreativ yanaşma və enerjili təqdimat bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.