Bakı,
Azərbaycan
09/07/2026
-
23/07/2026
İş haqqında məlumat
- Rəhbərlik etdiyi işçilərin iş bölgüsünün düzgün təşkili və prioritetlərin müəyyənləşdirilməsi;
- Mövsümi, restoranın konseptinə uyğun desert menyusunun hazırlanması;
- Yeni məhsulların menyuya daxil edilməsindən əvvəl test bişirmələrinin həyata keçirilməsi;
- Rəqib restoranların menyularının araşdırılması və bazar trendlərinin izlənməsi;
- İstehsal həcminə uyğun xammal sərfiyyatının proqnozlaşdırılması, mövsümə uyğun xammal istifadəsinin planlaşdırılması;
- Müxtəlif növ tortların və digər un məmulatlarının hazırlanması;
- Tort və desertlərin estetik və kreativ dizaynla bəzədilməsi, restoran və ya vitrin üçün cəlbedici şəkildə təqdim edilməsi;
- Hazır məhsulun dad, tekstura və görünüş baxımından qiymətləndirilməsi;
- İsrafın və normadan artıq sərfiyyatın qarşısının alınması;
- Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Baş aşpazın tapşırıqlarının vaxtında və düzgün icra olunması;
- Yeni işçilərin və təcrübəçilərin işə qəbuldan sonra praktiki təlimlərin təşkil olunması, xəmir, krem, bişirmə və dekor texnikaları üzrə mərhələli öyrədici proqramın hazırlanması;
- İşçilərin performansının qiymətləndirilməsi və inkişaf planlarının hazırlanması;
- Planlaşdırılmış büdcə ilə faktiki xərclərin müqayisəli təhlilini həyata keçirmək;
- Məhsul kateqoriyalarının gəlirliliyinin hesablanması, məhsulun maya dəyəri, satış qiyməti və mənfəət faizinin mütəmadi monitorinqinin həyata keçirilməsi;
- İsraf, zay məhsul və itkilərin analiz edilməsi;
- İnventarizasiya prosesində iştirak etmək və fərqlərin araşdırılması;
Tələblər
- Müvafiq sahədə 5 il iş təcrübəsinin olması;
- Qənnadı və un məmulatlarının hazırlanma texnologiyasını bilmək;
- Krem, sous və dolğuların hazırlanma qaydalarını bilmək;
- Böyük həcmdə istehsalı idarə etmək;
- Büdcə planlaması və xərclərin optimallaşdırılması;
- Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək;
- Ərzaqların saxlanma qaydalarını bilmək;
- Diqqətli olmaq və detallara önəm vermək;
- Liderlik qabiliyyətinin olması;
- Konfliktlərin effektiv şəkildə idarə olunması;
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun