Innovative Solution Group

Sistem və Şəbəkə Administratoru

Innovative Solution Group
Ə/h razılaşma ilə
677
Tam iş günü
Bakı, Azərbaycan
03/04/2026 - 03/05/2026

İş haqqında məlumat

  • Linux (Red Hat / CentOS / Ubuntu) əsaslı server infrastrukturunun, development və production mühitlərinin qurulması, idarə edilməsi və miqyaslandırılması;
  • VMware vSphere platforması üzərində virtual mühitlərin konfiqurasiyası və dəstəyi;
  • Şəbəkə avadanlıqlarının (Router, Switch, Wireless Controller, Access Point) və Firewall sistemlərinin (Palo Alto, Cisco və s.) quraşdırılması, idarə edilməsi;
  • Şəbəkənin 7/24 yüksək əlçatanlıq (High Availability) və stabil fəaliyyətinin təmin edilməsi, trafikin optimallaşdırılması;
  • Kritik hallarda nasazlıqların sürətli diaqnostikası (RCA) və aradan qaldırılması;
  • Gündəlik inzibatçılıq və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin (Bash, Python) yazılması;
  • VPN texnologiyalarının idarə edilməsi və şəbəkə təhlükəsizliyi risklərinin analizi;
  • Sistem və şəbəkə konfiqurasiyaları üzrə texniki sənədləşmənin aparılması.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
  • Minimum 1-2 il iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyətli (Yaşı 29-dan çox olmayan);


     

Tələblər

  • İnformasiya Texnologiyaları sahəsində ali təhsil (texniki təhsil arzuolunandır);
  • Sistem administratoru (Linux mühiti) və şəbəkə inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
  • Nəzəri və praktiki CCNA/CCNP səviyyəsində şəbəkə bilikləri (Routing, Switching, VLAN, OSPF, BGP, VPN, IPsec);
  • Red Hat/Linux sistemləri üzrə dərin biliklər (RHCSA/RHCE sertifikatlarına malik olmaq üstünlükdür);
  • Palo Alto və ya digər Enterprise səviyyəli Firewall sistemləri ilə iş təcrübəsi;
  • Konteynerləşdirmə texnologiyaları (Docker) və CI/CD alətləri haqqında məlumatlılıq;

Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis dili – yüksək (texniki dokumentasiya oxumaq və vendor support ilə ünsiyyət səviyyəsində).

Səriştələr və Yumşaq Bacarıqlar:

  • Kritik infrastruktur mühitində stresə davamlılıq və problem həll etmə (troubleshooting) bacarığı;
  • Komandada effektiv işləmək və proqram təminatı mühəndisləri ilə koordinasiya qurmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və nəticəyə yönümlülük.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini mövzu hissəsində "Sistem və Şəbəkə Administratoru" qeyd edərək [[email protected]] ünvanına və ya "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.


Oxşar vakansiyalar