Bakı,
Azərbaycan
18/11/2025
-
18/12/2025
İş haqqında məlumat
- Layihə sahəsində işlərin düzgün və təhlükəsiz şəkildə icra olunmasına nəzarət etmək;
- İşçilərin gündəlik fəaliyyətini izləmək və koordinasiya etmək;
- Layihə planına uyğun iş qrafikinin həyata keçirilməsini təmin etmək;
- Təchizat, material və avadanlıqların düzgün istifadəsinə nəzarət etmək;
- İşçi təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək;
- Müştərilər ilə daimi ünsiyyət və layihə ilə bağlı koordinasiya təmin etmək;
- Müştəri və menecmentlə gündəlik hesabatların hazırlanması;
- Layihə sahəsində problem və gecikmələrin vaxtında həll edilməsi;
- Elektrik və mexanika işlərinə baxış və qiymətləndirmə ediməsi.
Təklif Edirik:
- Vəzifə üzrə əmək haqqı 1500 AZN;
- Rəsmi əmək müqaviləsi;
- İş şəraitinə uyğun avadanlıq və dəstək;
- Peşəkar inkişaf imkanları: təlimlər, kurslar, yüksəlmə və bacarıqların artırılması üçün imkanlar;
- Əlavə iş saatları Azərbaycan qanunvericiliyinə uyğun ödənilməsi.
Diqqət: Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik namizədlər öz CV-lərini mövzuda Site Supervisor / Sahə Nəzarətçisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Vəzifə üzrə 8-10 il iş təcrübəsi;
- Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır;
- İş saatı: Həftənin 5 günü, 08:00–17:00;
- Kompüter proqramları üzrə yaxşı bilik (MS Office), AutoCAD üstünlükdür;
- Layihə idarəetməsi və komanda rəhbərliyi bacarığı;
- İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik;
- Əla ünsiyyət və təşkilatçılıq bacarığı.