Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Skripka Müəllimi (yarımştat)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Ə/h razılaşma ilə
475
Tam iş günü
Bakı, Azərbaycan
23/02/2026 - 09/03/2026

İş haqqında məlumat

  • Şagirdlərə skripka ifaçılığının əsaslarını (duruş, yay texnikası, barmaq yerləşməsi və s.) öyrətmək
  • Fərdi dərslər keçmək və şagirdin səviyyəsinə uyğun repertuar seçmək
  • Müntəzəm məşqlər və ev tapşırıqları vermək
  • İmtahan və hesabat konsertlərinə hazırlıq aparmaq
  • İstedadlı şagirdləri müsabiqə və festivallara yönləndirmək
  • Konsert və tədbirlərdə iştirak etmək
  • Məktəbdaxili konsertlərin təşkili və hazırlanmasında iştirak etmək
  • Şagirdləri səhnə mədəniyyətinə və kollektiv ifaya hazırlamaq
  • Ansambl və orkestr məşqlərində iştirak etmək
  • Tədris plan və proqramlarına uyğun işləmək
  • Metodik sənədlərin hazırlanması
  • Valideynlərlə əməkdaşlıq etmək
  • Şagirdin inkişafı barədə valideynləri məlumatlandırmaq
  • Məşq rejimi və irəliləyiş haqqında tövsiyələr vermək
  • Dərs cədvəlinə riayət etmək
  • Şagirdlərin davamiyyətinə nəzarət etmək
  • Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları icra etmək.

Biz təklif edirik:

  • Bazar dəyərinə uyğun əmək haqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma

Tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsili (Skripka ifaçılığı);
  • Skripka müəllimi kimi iş təcrübəsi;;
  • Şagirdlərlə fərdi işləmək və onların səviyyəsinə uyğun repertuar seçmək bacarığı;
  • Tədris plan və proqramlarına uyğun işləmək bacarığı;
  • Ansambl və orkestr fəaliyyətində iştirak təcrübəsi;
  • Şagirdləri müsabiqə və festivallara hazırlamaq bacarığı;
  • Metodik sənədlərlə işləmək bacarığı;
  • Valideyn və şagirdlərlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Yüksək məsuliyyət, punktuallıq və təşkilatçılıq bacarığı;
  • Komandada işləmək bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.