Rapid Services Azerbaijan LLC

Smeta mühəndisi

Rapid Services Azerbaijan LLC
Ə/h razılaşma ilə
634
Tam iş günü
Bakı, Azərbaycan
16.07.2025 12:46 - 16.08.2025 12:00

İş haqqında məlumat

  • Layihə sənədləri və FHN-in təsdiqlədiyi resurs smetası əsasında ilkin və yekun tikinti smetalarının hazırlanması;
  • Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi;
  • Layihə çərçivəsində büdcə risklərinin müəyyən edilməsi və smeta dəyərinin risk analizləri ilə uyğunlaşdırılması;
  • Layihə spesifikasiyaları ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması;
  • Smetaya dair dəyişikliklərin sənədlərə vaxtında və düzgün şəkildə inteqrasiyası;
  • Podratçı və ya üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilən smetaların texniki və normativ uyğunluq baxımından yoxlanılması və arayışların hazırlanması;
  • Tikinti sahəsində faktiki iş həcmlərinin və materialların ölçülməsi, cədvəl və hesabatların tərtibi;
  • Tikinti-quraşdırma və təmir işlərinin real bazar qiymətləri ilə qiymətləndirilməsi;
  • Tikinti obyektlərinin yenidən qurulması və ya təmir olunması üçün titul vərəqələrinin hazırlanmasında iştirak;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük iş rejimi.

Tələblər

  • Ali təhsil (İnşaat, tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə);
  • Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 5 il iş təcrübəsi;
  • Qüvvədə olan smeta hesablama qaydaları, tikinti normativləri və metodiki göstərişləri mükəmməl bilmək;
  • FHN-in resurs smeta sistemində sərbəst işləmək bacarığı mütləqdir;
  • Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
  • Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD, 1C, Smeta+, Resurs smeta və digər profil proqram təminatları.