Caspian Engineering Solutions MMC
Ə/h razılaşma ilə
745
Tam iş günü
Bakı, Azərbaycan
21/04/2026 - 05/05/2026

İş haqqında məlumat

  • Layihə üzrə BOQ (Bill of Quantities) hazırlanması və təhlili 
  • Layihə cizgiləri və texniki spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması 
  • Material, işçilik, texnika və digər xərclərin smetaya daxil edilməsi 
  • Bazar qiymətlərinin araşdırılması və qiymət bazasının formalaşdırılması 
  • Podratçı və təchizatçılardan qiymət təkliflərinin toplanması və müqayisəli təhlili 
  • Layihə üzrə ilkin və detallı smeta hesablamalarının hazırlanması 
  • Faktiki xərclərlə planlaşdırılmış smeta arasındakı fərqlərin analizi 
  • Dəyişikliklər (variation orders) üzrə əlavə xərclərin hesablanması və sənədləşdirilməsi 
  • Tender sənədlərinin hazırlanmasında iştirak 
  • Layihə menecerləri, mühəndislər və digər əlaqəli şöbələrlə koordinasiya 

Əlavə məlumatlar:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
  • Əmək haqqı: Razılaşma əsasında (müsahibə zamanı müəyyən ediləcək)

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə) 
  • Minimum 3-5 il müvafiq iş təcrübəsi 
  • Tikinti norma və qaydaları, smeta metodologiyası üzrə biliklər 
  • AutoCAD, MS Excel və smeta proqramlarında işləmə bacarığı 
  • Analitik düşünmə, rəqəmlərlə işləmə bacarığı və detallara diqqət 
  • Azərbaycan dilini mükəmməl bilmək , rus və ya ingilis dili bilikləri üstünlükdür

Üstünlüklər:

  • Böyük həcmli tikinti layihələrində iş təcrübəsi 
  • Beynəlxalq standartlarla (məsələn, FIDIC müqavilələri) tanışlıq 
  • Güclü hesablama və maliyyə analizi bacarıqlar

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.