ArchiCO

Smeta mühəndisi

ArchiCO
Ə/h razılaşma ilə
0
Tam iş günü
Bakı, Azərbaycan
04.08.2023 14:45 - 03.09.2023 14:45

İş haqqında məlumat

  • Fövqəladə Hallar Nazirliyinin yeni “Resurs Metodu” ilə işlənilən tələb olunan smeta sənədlərinin hazırlanması;
  • Layihə sənədlərinə uyğun olaraq memarlıq və konstruktiv həllər əsasında həcmlərin hesablanması və paralel olaraq düzgünlüyünün yoxlanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması; 
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Qüsur aktlarının hazırlanması;
  • Layihə-smeta sənədlərini sifarişçi  ilə razılaşdırmaya hazırlanması; 
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Layihəyə dair aylıq texniki hesabatların (F-2, F-3, xərc analizi) hazırlanması;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.

Tələblər

  • Təhsil: Ali (inşaat mühəndisliyi üzrə);
  • Təcrübə: Müvafiq sahədə 3 ildən az olmayan;
  • Kompüter bacarıqları: FHN-nin Resurs Metodu Smeta Proqramı, MS Excel, AutoCad;
  • İşçi layihələrin bütün bölmələrinin oxuma bacarığı; 
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı;
  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını bilməlidir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar