Bakı,
Azərbaycan
23.06.2025 11:23
-
23.07.2025 12:00
İş haqqında məlumat
- Obyektin layihələndirmə tələblərini bilmək;
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Layihədəki büdcə risklərin analizi;
- Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması;
- Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq;
- İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
- İş qrafiki: Həftədə 2 gün istirahət.
Tələblər
- Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil;
- AzərTikintiNormativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma ,Tikinti qanunvericiliyi və tikinti Normaları və Qaydaları dair biliklərin olması
Azərbaycan Respublikası Tikinti norma və qaydalarına dair biliklərin olması; - Layihə çertyojləri və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı.";
- Tikinti-quraşdırma işləri üçün vahid qiymətlərin və müvafiq smetalaşdırma normalarının hesablanması.";
- Iş təcrübəsi: Aidiyyati sahədə azı 10 il iş təcrübəsi, mülkü, sənaye, mühəndis-komunikassiya,körpü-yol,su-kanalizasiya işlərində təcrübəsi olan;
- Yaş: 33-55;
- Cins : Kişi;
- Azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzu olunandır.