Amina and S Group

Smeta üzrə mühəndis

Amina and S Group
Ə/h razılaşma ilə
3894
Tam iş günü
Bakı, Azərbaycan
13/03/2026 - 27/03/2026

İş haqqında məlumat

  • Obyektin layihələndirmə tələblərini bilmək
  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması
  • Layihədəki büdcə risklərin analizi
  • Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması
  • Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək
  • Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq
  • İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması
  • Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək

İş şəraiti

  • İş şəraiti: Həftədə 2 gün istirahət.
  • Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Tələblər

  • Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil
  • AzərTikintiNormativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma ,Tikinti  qanunvericiliyi və tikinti Normaları və Qaydaları dair biliklərin olması
    Azərbaycan Respublikası Tikinti norma və qaydalarına dair biliklərin olması
  • Layihə çertyojləri və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı."
  • Tikinti-quraşdırma işləri üçün vahid qiymətlərin və müvafiq smetalaşdırma normalarının hesablanması."
  • Iş təcrübəsi: Aidiyyati sahədə azı 8 il iş təcrübəsi, mülkü, sənaye, mühəndis-komunikassiya,körpü-yol,su-kanalizasiya işlərində təcrübəsi olan
  • Yaş: 33-55
  • Azərbaycan dili sərbəst, ingilis dili arzu olunandır;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar