Bakı,
Azərbaycan
08/05/2026
-
22/05/2026
İş haqqında məlumat
- Cəmiyyətin inşa olunan obyektləri üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin mövcudluğunu təmin etmək və onların təyinatı üzrə tikinti-quraşdırma işlərinin icrası üçün aidiyyəti strukturlara təqdim olunmasını təşkil etmək;
- Smeta üzrə iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
- Smeta qiymətlərinin faktiki çəkilmiş xərclərə uyğunluğunu yoxlamaq;
- Materialların sərfiyyatına nəzarəti həyata keçirmək;
- Layihə-smeta sənədləri ilə bağlı zəruri arayışları hazırlamaq və onların arxivdə mühafizəsini təmin etmək;
- Layihələri təhlil etmək və müvafiq spesifikasiyaları yoxlamaq;
- Ərazidə yerinə yetirilmiş işlərin layihəyə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar olduqda aradan qaldırmaq;
- Görülmüş işlərə (naryadlara) dair qiymətlərin qiymət razılaşma protokollarına uyğunluğunu, görülmüş işlər üzrə (naryadların) faktiki iş həcmləriniyoxlamaq;
İş şəraiti:
- İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.
Tələblər
- Ali təhsil (müvafiq sahə üzrə)
- Tikinti və smeta sahəsində ən azı 3 il iş təcrübəsi
- Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər
- Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi
- Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər
- 1C proqramı ilə işləmə bacarığı
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə
- Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.