One Solution MMC

Smeta üzrə Mühəndis

One Solution MMC
Ə/h razılaşma ilə
494
Tam iş günü
Bakı, Azərbaycan
10/06/2026 - 24/06/2026

İş haqqında məlumat

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.);
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək və s.
  • Əməkhaqqı məbləği: Müsahibə əsasında.
  • İş yeri: Bakı şəh.
  • Həftənin iş günləri: Həftədə 6 gün

Tələblər

  • İş təcrübəsi: 3-5 ilə qədər;
  • Tikinti işlərinin keyfiyyətini obyektiv qiymətləndirmə;
  • Material və konstruksiyalarda qüsurları aşkar etmə bacarığı;
  • Müqavilə şərtlərinə uyğun smeta tərtib etmək.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar